“Qarabağ” çox təcrübəlidir” – “Samtredia”nın futbolçusu

"Samtredia"nın vitse-kapitanı Nika Sandoxadze Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibləri olan “Qarabağ”la keçiriləcək oyunlar barədə fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə,  Gürcüstan mətbuatına açıqlamasında 23 yaşlı müdafiəçi Ağdam klubunun “Qarabağ”ın güclü rəqib olduğunu söyləyib:

“Bizim üçün çətin oyun olacaq. Rəqibimiz təcrübəlidir, güclü heyəti və böyük Avropa təcrübəsi var. Bakıdakı oyunda bütün gücümüzü ortaya qoyacağıq. Səfərdən əlverişli nəticə ilə qayıtsaq, növbəti mərhələyə adlamaq şansımız yüksək olacaq”.

Qeyd edək ki, "Qarabağ"la "Samtredia" arasında ilk görüş iyulun 11-i Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right