Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşdi

Konfederasiyalar kuboku-2017-də ilk finalçının adı məlum olub.

Newsport.az-ın məlumatına görə, yarımfinal mərhələsində son Avropa çempionu Portuqaliya yığması Çili ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı qolsuz başa çatan oyunda penaltilərə ehtiyac duyulub. Portuqaliya millisi ilk 3 zərbəni qola çevirə bilməyib. Cənubi amerikalılar isə hər 3 penaltidən yararlanaraq finala adlayıb.

 

Qeyd edək ki, bu gün yarımfinal mərhələsinin digər görüşündə Almaniya Meksika ilə qarşılaşacaq.

Konfederasiyalar Kuboku-2017, yarımfinal

 
Portuqaliya – Çili - 0:0 (penaltilər - 0:3)

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right