Françesko Totti Yaponiya klubunda?

Mövsüm başa çatandan sonra “Roma”dan ayrılan Françesko Totti karyerasını Yaponiyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, II Liqada çempionluq uğrunda mübarizə aparan "Tokio Verdi" klubu əfsanəvi futbolçunun xidmətində maraqlıdır.  Yaponiya təmsilçisi Tottiyə illik 1 milyon avroluq müqavilə təklif edib.

Bu barədə klubun prezidenti Hanyu Hideaki də məlumat verib: "Totti ilə danışıq aparırıq. Biz ilinə 1 milyon avro maaş verməyə hazırıq, Totti isə 3 milyon istəyir. Bu transfer baş tutsa, möhtəşəm biri işi reallaşdırmış olacağıq".

Qeyd edək ki, Tottinin xidmətində Amerika klıubları da maraqlıdır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right