Marselinyo "Qəbələ" üzərindəki qələbəni şərh edib

"Ludoqorest"in futbolçusi Marselinyo yoxlama görüşündə "Qəbələ"ni məğlub etdikləri matçı şərh edib.
 
Newsport.az-ın məlumatına görə, Bolqarıstan mətbuatına açıqlama verən 33 yaşlı yarımmüdafiəçi inamlı təsir bağışladıqlarını bildirib:
 
"Qəbələ” ilə matç toplanış çərçivəsində ilk yoxlama görüşümüz idi. Yaxşı oynadıq. Xüsusən, ilk 45 dəqiqədə çox əla təsir bağışladıq. Bütün komanda şəklində yaxşı oynadıq. Yeni mövsümə indiki məqamda 70 faiz hazırıq. 15 gün müddətində 5 oyun keçirəcəyik. İlk görüşlə bağlı təəssüratlarım çox yaxşıdı. Topa daha çox nəzarət etməyimiz xoşuma gəldi"
 
 
Braziliya əsilli bolqarıstanlı futbolçu matçın gedişində “Qəbələ”nin futbolçuları ilə aralarında yaranmış mübahisəyə də toxunub:
 
“Oyun zamanı kimsə məni vurdu. Amma bu, futboldu, belə hallar olur”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right