"Axmat"ın baş məşqçisi "Qəbələ"ni məğlub etmələrindən danışdı

"Qəbələ" yoldaşlıq görüşündə "Axmat" 0:1 hesabı ilə məğlub olub.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra Qroznı təmsilçisinin çalışdırıcısı Oleq Kononov klubun rəsmi saytına açıqlamasında qələbəni şərh edib:
 
"Axmat" adı altında ilk oyuna çıxırdıq və bunu çox yaxşı başa düşürdük. Bu, tarixi qələbədir. Futbolçuların çıxışı məni razı saldı. İlk hissədəki çıxışımız isə daha çox ürəyimcə oldu. Futbolçular tapşırıqlar yaxşı yerinə yetirdilər. İkinci hissədə də aktiv idik və hücumlar təşkil edirdik. Amma yenə daha çox hərəkət etmək lazımdır. Əvəzetmədən oyuna daxil olan futbolçuların da çıxışı məni razı saldı".
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right