Sərdar Taşçı "Trabzonspor"la müqavilə imzalayır

"Spartak"ın müdafiəçisi Sərdar Taşçı "Trabzonspor"a keçməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, Almaniya millisinin keçmiş üzvü şənbə günü imza atmaq üçün Trabzona yollanacaq. Onunla dəyəri 2 milyon avro olan 3 illik müqavilə imzalanacaq.

30 yaşlı futbolçunun "Spartak"la müqaviləsi gələn yay bitir. Bir müddət əvvəl yayılan xəbərə görə müdafiəçi Moskva təmsilçisi ilə sözləşməsini 2 illiyinə artırmalıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right