"Qəbələ"dən ayrılan futbolçu: "Baxışa yollanmayacam"

Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən göndərilən Sergey Zenyov gələcək karyerasından danışıb. 

Newsport.az-ın məlumatına görə, Estoniya millisinin üzvü yeni klubunun adına yaxın günlərdə aydınlıq gələcəyini deyib:

"Bildiyiniz kimi, "Qəbələ"dən ayrılmışam və təklifləri nəzərdən keçirirəm. Təkliflər var, amma mən sərfəli təklif gözləyirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Heç bir klubunun düşərgəsinə baxışa yollanmayacam. Birbaşa müqavilə imzalamaq niyyətindəyəm". 

Qeyd edək ki, Sergey Zenyov “Qəbələ”nin heyətində 47 oyunda meydana çıxıb və 7 dəfə rəqib qapılarına yol tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right