Mustafa Dənizli işsiz qaldı

Türkiyənin I divizionunda çıxış edən "Əskişəhərspor" baş məşqçisi Mustafa Dənizli ilə yolları ayırıb. 

Newsport.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis  Superliqaya vəsiqə uğrunda "Göztəpə”yə uduzduqları oyundan sonra Əskişəhərə qayıtmayıb. Klub isə müqaviləsi başa çatan Dənizli ilə əməkdaşlığa son qoyub.

Qeyd edək ki, 2013-14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olmuş türkiyəli mütəxəssis bu ilin fevral ayından “Əskişəhərspor”u çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right