Futbol matçı zamanı faciə: 5 ölü, 25 yaralı

Honduras çempionatında "Motaqua" və "Proqreso" komandaları arasında keçirilən futbol matçında faciə baş verib.

Newsport.az-ın məlumatına görə, oyundan əvvəl yaşanan izdihamda ən azı 5 nəfər ölüb, 25-i yaralanıb. Xəstəxanadan bildirilib ki, olaylara stadiona girməyə çalışan tərəfdarlara polisin atdığı qaz bombası səbəb olub. Qazdan qaçmağa çalışan azarkeşlər bir-birilərini əzməyə başlayıblar.

Qeyd edək ki, insidentə baxmayaraq, Tequsiqalpa şəhər stadionundakı görüş təxirə salınmayıb. Bir dəqiqəlik sükutla başlanan qarşılaşma "Motaqua"nın qələbəsi ilə yekunlaşıb - 3:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right