"Zaqatala" kubok şansını itirdi

Heydər Əliyev Kuboku uğrunda yarışda daha iki oyun keçirildi.

Newsport.az-ın məlumatına görə, 28 may – Respublika gününə təsadüf edən II turun ilk oyunundan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, üçrəngli bayrağımız ucaldıldı.

Günün ilk oyununda “Mil-Muğan” və MOİK komandaları üz-üzə gəldilər. Görüş 1-1 hesabı ilə yekunlaşdı və hər iki komanda aktivinə 4-cü xalı yazdıraraq, müvafiq olaraq turnir cədvəlində 1 və 2-ci yerləri bölüşdürürlər. Günün ikinci oyununda “Araz Naxçıvan” “Zaqatala”nı məğlub etdi 2-1. 3 xal qazanan “Araz Naxçıvan” 3-cü yerdədir. Turnirin xal qazanmayan yeganə komandası “Zaqatala”dır.

Qeyd edək ki, turnirin 3-cü – həlledici turu 30 mayda reallaşacaq. 

28 may 

“Mil-Muğan” 1-1 MOİK
(Vüqar Əlibabayev, 21 // Rəhman Musayev, 5)

“Araz Naxçıvan” 2-1 “Zaqatala”
(Elşad Manafov, 42; Nurlan Novruzov, 57 (p.) // Rəhman Şabanov, 10(p.)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right