Azərbaycanlı hücumçu fərqləndi, komandası qalib gəldi

Latviya birinci liqasında 7-ci turun oyunları keçirilib.

 

Newsport.az-ın məlumatına görə, Vüqar Əsgərovun komandası olan "Olayne" səfərdə "Dauqavpils"ə 1:2 hesabı ilə qalib gəlib. 

 

Azərbaycanlı hücumçu matçın 41-ci dəqiqəsində fərqlənib. O, komandasının ilk qolunu vurub.

 

Meydana start heyyətində çıxan Vüqar 90+1-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Olayne" 7 turdan sonra 13 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right