"Neftçi"nin futbolçusu milliyə dəvət aldı

Gürcüstan millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

Newsport.az saytının məlumatına görə, baş məşqçi Vladimir Vayss 25 futbolçuya dəvət göndərib. Onların arasında "Neftçi"nin müdafiəçisi Georgi Navalovskinin də adı var. Ümumilikdə dəvətlilərdən yalnız 3-ü Gürcüstan klublarında çıxış edir.

Qeyd edək ki, Gürcüstan millisi iyunun 7-də Tbilisidə Sent-Kitts və Nevis yığması ilə yoldaşlıq görüşü keçirəcək. Milli iyunun 11-də DÇ-2018-in seçmə mərhələsində səfərdə Moldova yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right