"Yuventus"da yeni müqavilə

"Yuventus"un aparıcı oyunçularından Mario Madzukiçin taleyinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Xorvatiya millisinin üzvü Turin klubunda qalmağı üstün tutub. Belə ki, tərəflər arasında yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, Mandzukiç 2020-cü ilin yayına qədər “Yuventus”un formasını geyinəcək.

Qeyd edək ki, təcrübəli futbolçu 2015-ci ildə "Atletiko"dan "qoca sinyora"ya transfer olunub. O, bu mövsüm daxili çempionatda 33 oyunda forma geyinib və 7 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right