Çelsi” “Qlazqo Reyncers” klubunun 15 yaşlı futbolçusu Billi Qilmoru transfer edib.
Newsport.az-ın məlumatına görə, bu haqda xəbəri Şotlandiya klubunun rəsmi saytı yayıb. Gənc yarımmüdafiəçi növbəti mövsümdən “Çelsi”nin akademiyasında oynayacaq.
Qeyd edək ki, B.Qilmoru “Bavariya”, “Barselona” və “Arsenal” kimi klublar transfer etməyə çalışırdı.