“Qarabağ”ın futbolçusu üçün yeni baş məşqçi

Cənubi Afrika Respublikası millisinin yeni baş məşqçisinin adı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, komanda şotlandiyalı Stüart Baksterə tapşırılıb.

63 yaşlı çalışdırıcı bu postda ötən ilin sonunda istefaya göndərilən Efraima Maşabunu əvəzləyib. Onun qarşısına komandanı 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına çıxarmaq vəzifəsi qoyulub.

Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Dini Ndlovu da CAR millisinin üzvüdür. Lakin o, sön dövrlər keçmiş baş məşqçi ilə problem yaşadığı üçün yığmadan kənarda qalmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right