Sabiq “Qalatasaray”lı Uruqvayda dava saldı

Libertadores Kuubokunun qrup mərhələsində baş tutan “Penyarol” – “Palmeyras” matçı qalmaqalla başa çatıb.

Newsport.az-ın məlumatına görə, Uruqvayda keçirilən oyundan sonra qonaqların futbolçusu Felipe Melo aranı qatıb. 

Final fitindən sonra sabiq “Qalatasaray”lı rəqib futbolçulara hücum çəkib. Komanda yoldaşları onu sakitləşdirməyə çalışsa da, Melo rəqibini yumruqla vurub və oradan qaçıb. O, təhlükəsizlik işçilərinin köməyi ilə soyunub-geyinmə otağına yollanıb. 

Mühafizəçilərin səylərinə baxmayaraq dava-dalaş stadionun dəhlizində də davam edib. Mühafizəçilər “Palmyeras”ın soyunub-geyinmə otağının qapısının qırıblar. 

Davanın səbəbi də elə Melonun açıqlaması olub. O, oyundan əvvəl “qələbə üçün lazım gəlsə, rəqib futbolçuları döyərəm”deyib. Uruqvaylılar da bunun əvəzini Melodan çıxmağa çalışıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right