Ramil Şeydayev Slovakiya çempionu oldu

Azərbaycan millisiin hücumçusu Ramil Şeydayev “Jilina” ilə birgə Slovakiya çempionu olub.

Newsport.az-ın məlumatına görə, futbolçumuzun komandası bu gün 26-cı turda səfərdə ən yaxın izləyicisi “Slovan”a 1:0 hesabı ilə qalib gələrək növbəti çempionluğu rəsmiləşdirib. Bu matçda o, 90 dəqiqə meydanda olub, 65-ci dəqiqədə sarı vərəqə alıb.

Hazırda “Jilina” 61 xalla liderdir, “Slovan” isə 48 xalla ikincidir. Ramilin komandasının ehtiyatda 5, “Slovan”ın isə 4 oyunu qaldığını nəzərə alsaq, bundan sonrakı bütün matçların nəticəsindən asılı olmayaraq “Jilina” birinciliyi qoruyacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right