Cerrard baş məşqçiliyə başlayacaq

"Liverpul" sabiq kapitanı Stiven Cerrard növbəti mövsümdən məşqçiliyə başlaya bilər.

Newsport.az-ın məlumatına görə, hazırda "Liverpul" akademiyasında bütün yaş qruplarına nəzarət edən mütəxəssisin növbəti mövsümdən “Liverpul”un U-18 komandasının baş məşqçisi təyin ediləcəyi gözlənilir.

“Qırmızılar”ın əsas komandasının baş məşqçisi Yurgen Klopp bildirib ki, bu təyinat Cerrardın məşqçi kimi püxtələşməsində böyük rol oynaya bilər.

Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right