"Bayer"dən Avropa rekordu

"Bayer" ötən gecə tarixi rekorda imza atıb.

Newsport.az xəbər verir ki, komanda buna Avropa Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində "Vest Hem"lə heç-heçə (1:1)  etməklə nail olub. Leverkuzen təmsilçisi bütün yarışlarda məğlubiyyətsizlik seriyasını 44 matça çatdırıb. Bununla da "Bayer" Avropanın TOP-5 liqalarındakı komandalar arasında rekorda imza atıb. Əvvəlki rekord isə 2011/2012 mövsümündə ardıcıl 43 matçda məğlub olmayan "Yuventus"a məxsus idi.

Xatırladaq ki, Xabi Alonsonun komandası artıq Bundesliqada çempionluğu rəsmiləşdirib. Həmçinin komanda Avropa Liqasında 2 oyunun cəmində "Vest Hem"i üstələyərək yarımfinala adlayıb. Almaniya klubu bu mərhələdə "Roma" ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right