"Bavariya"nın futbolçusu üçün mövsüm erkən bitdi

"Bavariya"nın heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Kinqsi Koman sıradan çıxıb. 27 yaşlı vinger Bundesliqanın 29-cu turunun "Köln"lə matçında (2:0) sıradan çıxıb.

Fransalı ön xətt oyunçusu sağ ayaq əzələsindən zədə alıb. O, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Bavariya" Kinqli Komanı 2015-ci ilin yayında "Yuventus"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right