Şahruddin oynadı, "Adana Demirspor" heç-heçə etdi

Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” öz meydanında "Kayserispor"u qəbul edib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Ş. Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və sonadək oynayıb.

32 turdan sonra 40 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Kayserispor" 37 xalla 14-cüdür. Siyahıya 84 xalla "Qalatasaray" başçılıq edir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right