"Fənərbaxça"nın daha bir müdafiəçisi üçün mövsüm erkən bitə bilər

"Fənərbaxça"nın heyətində daha bir ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Rodriqo Bekan sıradan çıxıb. 28 yaşlı futbolçu Konfrans Liqası 1/4 final mərhələsinin "Olimpiakos"la ilk matçında (2:3) zədələnib.

Braziliyalı mərkəz müdafiəçisi MRT müayinəsindən keçəcək. Onun mövsümü erkən bitirmək ehtimalı var.

"Olimpiakos"la görüşdə zədələnən "Fənərbaxça"nın digər müdafiəçisi Ceyden Ostervolde üçün də 2023/2024 mövsümü erkən bitib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right