Millimizin üzvü qol ötürməsi verdi, komandası uduzdu

Futbol üzrə Niderland I Divizionunda 34-cü turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Yanq PSV"ni qəbul edib. Qarşılaşma qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 47-ci dəqiqədə komandasının ilk qolunun məhsuldar ötürməsini edib

34 turdan sonra 38 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right