"Milan"a görə "Spartak"ın təklifini qəbul etmədi

Ötən ay "Latsio"nun baş məşqçisi postundan istefaya göndərilən Mauritsio Sarrinin Rusiyada çalışmaq variantı olub.

Newsport.az-ın məlumatına görə, "Spartak" italiyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sarrı Moskva təmsilçisinin təklifini qəbul etməyib. O, mövsümün sonunda Stefano Piolini istefaya göndərəcəyi gözlənilən "Milan"da çalışmaq istəyir.

Qeyd edək ki, Mauristsio Sarri daha əvvəl "Napoli", "Yuventus" və "Çelsi"nin baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right