“Klopp dincəlmək və həyatından zövq almaq istəyir” “Liverpul”un futbolçusu

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai komandanın baş məşqçisinin dəyişdirilməsi ilə bağlı sualı cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, yeni baş məşqçinin kim olmasından asılı olmayaraq, klubun hər şeyə hazır olduğunu bildirib:

“Yurgen Klopp ayrılmaq qərarına gəlib, dincəlmək və həyatından zövq almaq istəyir. O, uzun müddətdir ki, “Liverpul”da çıxış edir. Onun yerinə kimin gələcəyini hələ bilmirik. Komanda kimin baş məşqçi təyin olunmasından asılı olmayaraq hər şeyə hazırdır”.

Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir. Almaniyalı mütəxəssis mövsümün sonunda İngiltərə klubunun baş məşqçisi postunu tərk edəcək.

“Qırmızılar” hazırda İngiltərə çempionatının turnir cədvəlində ikinci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right