Ranqnik “Bavariya” iddialarına aydınlıq gətirdi

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Bavariya”nın baş məşqçi postuna mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Newsport.az xəbər verir ki, 65 yaşlı mütəxəssis bunu təkzib edib.

Almaniyalı çalışdırıcı Münhen təmsilçisindən təklif almadığını söyləyib: “Bavariya” ilə heç bir danışığım olmayıb. Niyə? Çünki Avstriya millisində özümü rahat hiss edirəm. Müqaviləmin müddəti 2026-cı ilə qədərdi və səfərimiz Avropa çempionatından sonra davam edəcək”.

Qeyd edək ki, Ralf Ranqnik 2022-ci ildən Avstriya yığmasını çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right