Naqelsmanndan "Bavariya" açıqlaması

Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann "Bavariya"ya qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, Münhen təmsilçisindən rəsmi təklif almadığını söyləyib:

“Əlimdə yazılı təklif yoxdur, danışıqlar olmayıb. Mən hələ peşəkar kimi bundan sonra nə olacağını düşündüyüm mərhələdəyəm. Düşünürəm ki, hər şeyi nəzərə almaq, hər şeyi müzakirə etmək olduqca normaldır. Sonra nə vaxtsa, qərar verəcəyəm, amma indi dəqiq tarix deyə bilmərəm. Düşünürəm ki, nə vaxtsa hansısa variantlar ola bilər, amma hazırda imzalaya biləcəyim müqavilə təklifləri almamışam".

Xatırladaq ki, Naqelsmann 2021-2023-cü illərdə "Bavariya"ya rəhbərlik edib. "Bavariya" isə fevral ayında hazırkı baş məşqçisi Tomas uhellə mövsümün sonunda yolları ayıracağını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right