Peres "Real"dan ÇL-də böyükhesablı qələbə istədi

"Real"ın  prezidenti Florentino Peres Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə oyundan əvvəl komandaya müraciət edib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, funksioner oyunçulardan böyükhesablı qələbə istəyib: "Bizim üçün sadəcə qalib gəlmək kifayət deyil. Biz bunu birdən çox qol fərqi ilə məğlub etməyə çalışmalıyıq. Əminəm ki, siz bunu edə bilərsiniz. Biz sizə inanırıq"

Xatırladaq ki, aprelin 9-da “Real” Madriddə “Mançester Siti”ni qəbul edəcək. Bu, Çempionlar Liqasının 1/4 finalında komandalar arasında ilk oyun olacaq. Cavab oyunu gələn həftə Mançesterdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right