İngiltərə Premyer Liqasından maraqlı qadağa

İngiltərə Premyer Liqasında bolboylara (topdaşıyan/toppaylayan uşaqlar) qadağa tətbiq edib.

Newsport.az xəbər verir ki, bu haqda "The Telegraph" nəşri məlumat yayıb. Qeyd edilib ki, bundan sonra matçlarda hücumlar zamanı top meydanı tərk edərsə, bolboylar topu həmin komandanın oyunçusuna ata bilməyəcəklər. Premyer Liqa hesab edir ki, bu, hücum edən tərəfə ədalətsiz üstünlük qazandırmaqla onların təhlükəli hücumlar yaratmasının qarşısını alacaq. 

Bildirilir ki, bundan sonra futbolçular meydanın kənarındakı konusların yanına qoyulan topu özləri götürməli olacaqlar. Qeyd edək ki, oyunlar zamanı uşaqlara hətta konusların yanında olmağa da icazə verilmir. Liqa ümid edir ki, bununla futbolçular topu özlərinin götürməli olduğunu başa düşəcəklər.

Dəyişiklikdən sonra yan xətlərin yaxınlığında əlavə 4 top qoyulacaq. Yalnız həmin 4 topdan biri istifadə olunanda bolboylara onu yeniləri əvəzləmək icazəsi veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right