Gürcüstan millisi AÇ-2024-də!

AÇ-2024-ün son üç iştirakçısı müəyyənləşir.

Newsport.az xəbər verir ki, pley-offun ilk finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Əsas vaxtı qolsuz bitən matçın əlavə vaxtında da hesab açılmayıb. Penalti seriyasında daha dəqiq olan gürcülər Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Digər final oyunlarında Ukrayna İslandiya ilə, Polşa isə Uelslə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

AÇ-2024-ün pley-off mərhələsinin finalı
26 mart

Gürcüstan – Yunanıstan – 0:0 (penaltilər – 4:2)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right