Azərbaycanla matçda qol vurmuş bolqar: "Çox səhv etdik, tələsdik"

Bolqarıstan milli komandasının üzvü Filip Krastev “FİFA series” mini-turniri layihəsində Azərbaycana qarşı keçirilmiş oyun haqda danışıb.

Sportal.az xəbər verir ki, milli komandamızın qapısına vurulmuş yeganə qolun müəllifi olan "Zvolle"nin 22 yaşlı futbolçusu bunları deyib:

"Nəticə ədalətlidir. Azərbaycan bizə güclü təzyiq göstərməsi sayəsində hesabı bərabərləşdirdi. Bərabərsəviyyəli oyun getdi. Çox təəssüf ki, ikinci qolu vura bilmədik və matç bizim xeyrimizə bitmədi. Azərbaycan komandası daha təravətli idi və bu, onların topla oynama tərzindən görünürdü. Əksər anlarda sanki daha yaxşı oynayırdılar. Daha çox səhv etdik və tələsdik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right