“Atletiko” kapitanı ilə müqavilənin müddətini uzadıb

İspaniyanın “Atletiko” klubu futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Təcrübəli yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə 2 dəfə La Liqanın, 2 dəfə Avropa Liqasının, eyni sayda UEFA Superkubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right