Ulduz futbolçu 14 ay sonra azadlıqda

Braziliya milli komandasının və "Barselona"nın sabiq futbolçusu Dani Alveş azadlığa çıxıb.

Newsport.az xəbər verir ki, 40 yaşlı müdafiəçi 14 ay sonra həbsxananı tərk edib. Bu barədə AS nəşri məlumat yayıb.

Ulduz futbolçu 1 milyon avro girov ödəyərək azadlığa qovuşub. Alveş İspaniyanı tərk edə bilməz.

Qeyd edək ki, Dani Alveş 2023-cü ilin yanvar ayında gecə klubunda bir qadına təcavüz etdiyi üçün 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right