“Spartak” Bakıya tam heyətlə gələcək

Moskva “Spartak”ı “Neftçi” ilə keçiriləcək yoldaşlıq görüşünün hazırlığına başlayıb.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya klubu Tarasovkdakı bazada hazırlıq görür.

Matçöncəsi komandanın heyətində cəmi 1 itki var. Bu, yarımmüdafiəçi Teo Bonqondadır. Konqo millisinin üzvü hazırda kollektivdən ayrıdır. Ancaq digər oyunçuların hamısı tam hazırdır. Moskva təmsilçisi milli komandalara yollanan futbolçular istisna olmaqla, Bakıya tam heyətlə gələcək.

Qeyd edək ki, “Neftçi” – “Spartak” oyunu martin 23-də “Neftçi Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right