"Biz onun "Mançester Siti"də qalmasını istəyirik"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Bernardo Silvanın klubdan ayrılmasını istəmir.

Newsport.az “Goal.com”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis uzun illər Silvanı sərəncamında görmək niyyətindədir:

"Hamı Bernardonu çox sevir. Onun bizimlə qalmasını istəyirik. Bu, komanda üçün çox vacibdir. Uzun illər də “Siti”də qalmasını çox istəyirik".

29 yaşlı portuqaliyalı futbolçu 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right