Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında 27-ci tur oyununa çıxıb.
 
Newsport.az xəbər verir ki, komanda evdə "Adanaspor"la qarşılaşıb. Matç "Ümraniyespor"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

C.Diniyev də bu oyunda iştirak edib. O, meydana start heyətdə daxil olub və sonadək oynayıb. 

Qeyd edək ki, "Ümraniyespor" hazırda turnir cədvəlində 33 xalla 11-cidir.

"Ümraniyespor" - "Adanaspor" - 2:0

Qollar: Tomislav Qlumaç, 85, İlhami Sirachan Nas, 90+1

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right