Ronaldonun seriyası qırıldı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Ayn”a Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda 0:1 hesabı ilə uduzduqları oyunda fərqlənə bilməyib. Newsport.az xəbər verir ki, bununla portuqaliyalının uğurlu seriyası qırılıb.

39 yaşlı forvard ardıcıl 9 matçlıq qol seriyasına son qoyub. Ronaldo buna qədər sonuncu dəfə dekabrın 1-də rəsmi görüşdə fərqlənə bilməmişdi. Bu, Səudiyyə Ərəbistanı çempionatının “Əl-Hilal”la qarşılaşmasında (0:3) baş verib.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyun keçirib, 34 qol vurub, 11 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right