İspaniya millisində ciddi itki: Pedri üçün mövsüm bitdi

“Barselona” komandasının yarımmüdafiəçisi Pedrinin tibbi müayinəsi reallaşdırılıb.

Xatırladaq ki, futbolçu Bilbaoda “Atletik”lə qarşılaşmada zədə almışdı. Meydanı vaxtından əvvəl tərk edən futbolçunun zədəsinin ciddi olma ehtimalı yüksək idi.

Təkrar müayinə ehtimalları doğruldub. Pedri bu mövsüm bir daha meydana çıxa bilməyəcək. Bu da onun Avropa çempionatını buraxması deməkdir. İspaniya millisinin əsas yarımmüdafiəçisi sağ kvadrisepsindən xəsarət alıb.

Qeyd edək ki, bu mövsüm 21 yaşlı futbolçu 24 oyunda 2 qol vurub və 4 asist etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right