"Bavariya" klubu "Qarabağ"ın rəqibinin baş məşqçisi ilə danışıqlara başlayıb

Almaniyanın "Bavariya" klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer 04"ün baş məşqçisi Xabi Alonso ilə danışıqlara başlayıb.

Newsport.az "Sky Germany"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin "Bavariya"da işləmək ehtimalı yüksəkdir.

Bir müddət əvvəl Xabi Alonsonun yeni mövsümdən "Liverpul"u çalışdıracağı bildirilsə də, "Bavariya" rəhbərliyi hazırda mütəxəssislə danışıqlar apardıqlarını etiraf edib.

Qeyd edək ki, "Bavariya" hazırkı baş məşqçisi Tomas Tuxellə mövsümün sonunda yollarını ayıracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right