“O, mövsümün ən yaxşı futbolçusudu”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın XXVII turunda “Mançester Yunayted” üzərində qələbənin (3:1) qəhrəmanı kimi yarımmüdafiəçi Fil Fodeni göstərib. Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüşdə dubla imza atan 23 yaşlı ingilisin ünvanına tərif yağdırıb:

“Matçlarda qalib gəlsəniz, dünya səviyyəli oyunçu olacaqsınız. Hamı yaxşı oynayır, amma qalibiyyəti gətirməyi bacarmalısan. Foden də bunu edir. O, əfsanəvi oyunçu olacaq, çünki qısa karyerası ərzində ən vacib matçlarda oynayıb, qollar vurub, titullar qazanıb. Fikrimcə, Foden cari mövsümün ən yaxşı oyunçusudur”.

Qeyd edək ki, Fil Foden bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 18 qol vurub, 10 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right