Qvardioladan Fodenə tərif: “Premyer Liqanın ən yaxşısıdır”

Xosep Qvardiola Fil Fodeni İngiltərə Premyer Liqasında hazırda ən yaxşı formada olan futbolçu hesab edir. “Mançester Siti”nin baş məşqçisi bunu dünən keçirilən derbidən sonra açıqlayıb.

Newsport.az xəbər verir ki, “Mançester Yunayted”lə ev oyununda 3:1 hesabı ilə qalib gələn “şəhərlilər” geridönüş etməyi bacardı. Bunda dubl edən Fodenin böyük əməyi oldu: “Fil hazırda çempionatın ən yaxşı oyunçusudur. İnkişaf etmək istəyi inanılmazdır, onu hansı mövqeyə qoysam, şikayət etmir, əlindən gələnin ən yaxşısını etməyə çalışır. Və artıq matçları təkbaşına qazanır”.

Foden bu mövsüm “Mançester Siti”nin formasında bütün turnirlərdə 18 qol vurmağı bacarıb. İngilis cinah hücumçusu həmçinn 10 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right