“Mançester Yunayted”in biabırçı göstəricisi

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXVII turunda “Mançester Siti” ilə görüşdə qapı istiqamətinə cəmi 3 zərbə vura bilib. Newsport.az xəbər verir ki, “şəhərlilər”də isə bu say 27 olub.

Nəticədə qarşılaşma son çempionun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Maraqlıdı ki, “qırmızı şeytanlar”ın matç ərzində çərçivəyə ünvanlanan yeganə zərbəsi qolla nəticələnib. Pep Qvardiolanın yetirmələri 8 belə cəhdin 3-də fərqlənməyə müvəffəq olub. Topa sahib olmada da “Mançester Siti” böyük üstünlüyə malik olub – 74%:26%.

2003-04 mövsümündən bəri “Mançester Yunayted” yalnız bir dəfə Premyer Liqa oyununda indikindən az zərbə ilə yadda qalıb. Bu da 2022-ci ilin aprelində “Liverpul”a görüşə təsadüf edib. Həmin oyunda “mankunianlar” 2 dəfə cəhd ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right