Türkiyə Superliqası ən bahalı çempionatlar siyahısında üç pillə irəliləyib

Futbol üzrə Türkiyə Superliqası Avropa ölkələrinin ən bahalı 10 çempionatı arasında 6-cı yerə yüksəlib.

Newsport.az Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, "beIN Sports"la əldə olunan razılığa əsasən, telekanal 168 milyon avroya Superliqanın yayım hüququna yiyələnib.

Bununla da Türkiyə çempionatı Portuqaliya, Niderland və Belçika liqalarını geridə qoyub.

Hazırda illik yayım gəlirinin ən yüksək olduğu çempionatların "10-luğ"u belədir:

1. İngiltərə Premyer Liqası - 1 milyard 900 milyon avro
2. Almaniya Bundesliqası - 1 milyard 8 milyon avro
3. İspaniya La Liqası - 880 milyon avro
4. İtaliya A Seriyası- 840 milyon avro
5. Fransa Liqa 1-i - 582 milyon avro
6. Türkiyə Superliqası - 168 milyon avro
7. Portuqaliya Premierası - 160 milyon avro
8. Niderland Erediviziyası - 150 milyon avro
9. Belçika liqası - 103 milyon avro
10. Şotlandiya liqası - 29 milyon avro





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right