"Hatayspor" millimizin forvardı ilə bağlı planlarını dəyişdi

"Hatayspor" Azərbaycan millisinin forvardı Renat Dadaşovla bağlı planlarını dəyişib.

Newsport.az saytına verilən məlumata görə, Türkiyə klubu Renatın "Qrasshopper"dən transfer hüququna yiyələnməyi düşünmür.

Halbuki, mövsümün əvvəlində Superliqa təmsilçisi azərbaycanlı hücumçunu transfer etmək istəyirdi.

Lakin Dadaşov ondan gözləntiləri heç cürə qarşılaya bilmir və son vaxtlarda əsas heyətə düşməkdə belə, çətinlik çəkir.

Həm rəhbərlik, həm də Volka Demirel onun performansından narazıdır.  

Qeyd edək ki, Renat Dadaşov mövsümün sonuna qədər "Hatayspor"a icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right