“Bellinqem hakimi təhqir etməyib” Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 27-ci turunun “Valensiya” ilə oyunundan sonra (2:2) futbolçusu Çud Bellinqemin qırmızı vərəqə alması haqda danışıb.

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bu barədə deyib:

 

 

“Bellinqemin meydandan qovulması bizi narahat etmir, çünki o, hakimi təhqir etməyib. Bellinqem ona “Bu, lənətə gəlmiş qoldur!” dedi. Lakin onu təhqir etmədi”.

Xatırladaq ki,  “Valensiya” - “Real” oyununda (2:2) qalmaqal baş verib. Matçın baş hakimi 90+9-cu dəqiqədə Cud Bellingemin vurduğu qələbə qolunu qeydə almayıb. O, qol vurulmazdan əvvəl oyunun bitdiyini bildirən final fitini səsləndirdiyini deyib. Bellinqem isə bu səbəbdən hakimlə mübahisə edib və qırmızı vərəqə alıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right