"Real"ın futbolçusu hakimin ünvanına söylədiyi sözlərə görə cəzalandırılacaq

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem La Liqanın 27-ci turunun "Valensiya" ilə oyunu (2:2) başa çatdıqdan sonra qırmızı vərəqə ilə cəzalandırılıb.

Newsport.az xəbər verir ki, ingilis futbolçu qol vursa da, matçın baş hakim Xesus Gil Manzano top havada olarkən, qoldan iki saniyə öncə final fitini çaldığı üçün qol hesaba alınmamışdı. 

Hakimin qərarı "Real"ın oyunçularının qəzəbinə səbəb olub və ən fəal etiraz edənlərdən Bellinqem nəticədə qırmızı vərəqə ilə cəzalandırılıb. 

İngilis futbolçu baş hakimə "lənətə gəlmiş, o qol idi" ifadəsini işlədib. Cudun davranışı Manzano tərəfindən matçın hesabatında əks olunub. Bellinqemin iki-üç matç cəzalandırılacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right