"Milan"ın baş məşqçisi fair-pley etməyən oyunçusundan danışdı: "O, vicdanlı futbolçudur"

"Milan"ın baş məşqçisi Stefano Pioli A Seriyasının 27-ci turunun "Latsio" ilə oyununda (1:0) futbolçusu Kristian Pulişiçin feyr-pley qaydalarını pozmaqda ittiham edilməsinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, “Eurosport”a danışan italiyalı mütəxəssis amerikalı futbolçunu müdafiə edib:

"Puluşiç vicdanlı oyunçudur və futbola da hörmətlə yanaşır. Ümumiyyətlə, bu oyunu hakim fit çalana qədər oynamalısan. Başqa cür edə bilməzdik. Hakim üçün çətin oyun oldu. O, kiçik qayda pozuntularına görə oyunçuları həddən artıq sərt cəzalandırırdı. Futbol təmas idmanıdır və çoxlu sayda sarı vərəqədən qaçmaq olardı. Sırf Pulişiçə gəldikdə ,həmin epizodda komandası üçün oynadı".

Xatırladaq ki, "Latsio"nun futbolçusu komanda yoldaşı Valentin Kastelyanosun tibbi yardım ala bilməsi üçün topu auta atmaq istəyib. Lakin Pulişiç oyuna davam edib və nəticədə "Latsio"nun müdafiəçisi Luka Pelleqrini onu kobudluqla dayandırıb və qırmızı vərəqə ilə meydandan qovulub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right