"Fənərbaxça" milli üzvünün müqaviləsini uzadır

"Fənərbaxça" müqaviləsi 2025-ci ilin yayında başa çatan İrfan Can Kahveci ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, "sarı-lacivərtlilər" türk yarımmüdafiəçinin sözləşməsinin müddətini uzadacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

İstanbul klubu yeni müqavilə ilə 28 yaşlı yarımmüdafiəçiyə illik 50 milyon TL maaş ödəyəcək.

Qeyd edək ki, Türkiyə milli komandasının üzvü olan İrfan Can Kahveci bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right