"Barselona" forvardını saxlamağı planlaşdırır

"Barselona" rəhbərliyi "Atletiko"nun forvardı Joao Feliksi növbəti mövsüm üçün də komandada saxlamağı planlaşdırır. 

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı futbolçunun performansından razıdır və buna görə, icarə müddətini bir illik uzatmaq istəyir. 

Transfer qiyməti yüksək olduğundan "Barsa" onun transfer hüququna yiyələnməyi düşünmür.

Portuqaliya millisinin üzvü mövsümün əvvəlində komandaya qoşulub. Gənc hücumçu 30 oyunda 8 qol vurub və 5 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right