Mbappe 30-a çatdı

Fransa kubokunun 1/8 final mərhələsində PSJ “Brest”i 3:1 hesabı ilə məğlub edərək 1/4-ə adlayıb. Matçda hesabı açan Kilian Mbappe ilk reallaşdırıb.

34-cü dəqiqədə vurulan qol 25 yaşlı futbolçunun 2023/24 mövsümündə klub səviyyəsində vurduğu 30-cu top olub. PSJ-nin ulduzu bu mövsüm dünyada 30 qol həddinə çatan ilk oyunçu olub. Buna nail olmaq üçün Kiliana 29 oyun keçirmək lazım gəlib.

Qeyd edək ki, Mbappe Liqa1-də 20, ölkə kubokunda 6, Çempionlar Liqasında 3 və Fransa Superkubokunda 1 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right